Onlayn seminar Dini İdarənin Planlaşdırma və Koordinasiya Şurası və Həcc Təşkilatı tərəfindən təşkil olunub. Bu il Həcc ziyarəti ilə eyni vaxtda keçirilir.
Beynəlxalq onlayn seminarda çıxış edənlər İslam dünyasının əsas problemləri, məzlum Fələstin xalqına verilən dəstək və onların Quran təlimləri əsasında sionistlərə qarşı mübarizəsi, Əl-Əqsa tufanı əməliyyatının İslam dünyasının qorunmasında təsirini müzakirə ediblər. Fələstin məsələsinin canlı olması və builki Həcc ziyarətində sionist düşmənlərinə bəraət edulməsinin (nifrət bildirilməsinin) zəruriliyi natiqlərin bəyan etdiyi məsələlərdəndir.
Vebinar bu gün yerli vaxtla saat 9:00-da baş tutacaq.
Tehran Universitetinin müəllimi Dr. Məhəmməd Əli Azərşəb, Malayziya İslam Təşkilatları Şurası Katibliyinin sədri Əzmi Əbdülhəmid, Livan Müsəlman Alimləri Dərnəyinin sədri Şeyx Qazi Hanin, Türkiyə Əhli-Beyt Alimləri Dərnəyinin sədri Kadir Akaras, amerikalı yeni müsəlman və islamşünas Con Endryu Morrow bu vebinarda çıxış edəcək.
Sözügedən seminar Aparat internet saytında www.aparat.com/iqnanews/live adresi ilə onlayn yayımlanacaq.
4219681