IQNA

Prezident Ərdoğan Ayasofyadakı hafizlərə vəsiqə vermək mərasiminə qatılıb

14:50 - June 09, 2024
Xəbər sayı: 3496115
İQNA - İstanbul Ticarət Palatası (İTO) Mərmərə Anadolu İmam Hatip Liseyi və Quran Kursunda hifzi bitirən tələbələr prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə hafizlik vəsiqələrini aldılar.

 
TRT-də keçirilən Qurani-Kərim Oxuma Yarışmasında 2024-cü ildə Türkiyə birincisi olan Hafiz Muhəmməd Əsəd Can və Ayasofya məscidinin baş imam xətibi Prof. Dr. Mehmet Emin Ay və Prof. Dr. Muhəmməd Emin Maşalı mərasimdə Quran oxuyub.
Hafiz tələbələr də Qurani-Kərimdən bəzi surələri xorla oxuyublar.
Prezident Ərdoğan cümə namazını qıldığı Ayasofya məscidində keçirilən hafizlik vəsiqə almaq mərasiminə qatılıb.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Mustafa Şentop, İstanbul valisi Davud Gül və Fatih Bələdiyyə sədri Məhəmməd Ərgün Turan da iştirak ediblər.
4220378

captcha