Səudiyyə Ərəbistanının Rəsmi Mətbuat Agentliyinin (SPA) verdiyi məlumata görə, son günlər Məkkədən geri göndərilənlər arasında krallığın müxtəlif ölkələrə kvota əsasında verdiyi icazələr əvəzinə turist vizası alan 153 min 998 əcnəbi var.
Səudiyyə rəsmiləri həmçinin krallığın Həcc icazəsi olmayan 171 587 sakininin qarşısını kəsib. Rəsmi məlumatlara görə, ötən il Həcc ziyarətinə 1,8 milyondan çox müsəlman qatılıb.
Rəsmilərin verdiyi məlumata görə, ötən şənbə günündən indiyədək Səudiyyə Ərəbistanına qeydiyyatdan keçmiş 1,3 milyondan çox zəvvar Həcc ziyarətinə gəlib.
Həcc İslamın beş sütunundan biridir və bütün imkanlı müsəlmanların ən azı bir dəfə yerinə yetirməli olduğu vacib bir əməldir.
Səudiyyə Ərəbistanı, Məkkə və Mədinədəki İslamın ən müqəddəs ibadət yerlərinə ev sahibliyi edir.
4220645