"İQNA", "Əl-Əyn" saytına istinadən xəbər verir ki, Qurban bayramı 17 iyun bazar ertəsi günü İran da daxil olmaqla 9 İslam ölkəsində qeyd olunacaq.
Səudiyyə Ərəbistanının Ali Məhkəməsi cümə günü bəyanat yayaraq, cümə günü, iyunun 7-ni Zilhiccə ayının ilk günü kimi təsdiqləyib. Müvafiq olaraq, bu ərəb ölkəsində zilhiccə ayının 9-u Ərəfə günü, zilhiccənin 10-u isə Qurban bayramı olacaq.
Misirin Darül-İftasında da Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin qərarına əsasən, 16 iyun bazar günü Qurban bayramının ilk günü olacaq.
İordaniya Baş Müftiliyi 16 iyun bazar gününü Qurban bayramı elan edib.
Eyni zamanda, Qüds və Fələstin ərazilərinin baş müftisi Şeyx Məhəmməd Hüseyn cümə gününü zilhiccə ayının ilk günü hesab edərək, 16 iyun bazar gününü Qurban bayramı elan edib.
Tunis, Əlcəzair, Liviya Darul-iftası, İraq Əhli Sünnə Vəqflər Şurası, Kürdüstan Bölgəsi Diyanət İşləri, 16 İyunun Bazar gününü Qurban Bayramı elan etdi.
Bazar ertəsi İranda və bir çox başqa ölkələrdə Qurban bayramı günüdür.
Əbu-Dabi Beynəlxalq Astronomiya Mərkəzi 17 iyun bazar ertəsini İndoneziya, Malayziya, Bruney Darüssəlam, Hindistan və Oman Sultanlığında Qurban bayramı günü elan edib.
İran İslam Respublikası öz təqvimində 17 iyun bazar ertəsi gününü Qurban bayramı elan edib.
Mərakeş, Mavritaniya və Oman 17 iyun bazar ertəsi gününü Qurban bayramı elan ediblər.
Banqladeş çərşənbə axşamı, iyunun 18-ni Qurban bayramı elan edib.
İraq şiələrinin dini idarəsi Ayətullah Seyid Əli Sistaninin ofisi Nəcəfdə bəyanatla çıxış edərək 17 iyun tarixini qurban bayramı olaraq açıqlayıb.
Zilhiccə ayının birinci günü olduğunu müəyyən etdi və buna görə də iyunun 17-ni Qurban bayramı olaraq təyin etdi.
Bu il İslam ölkələri Qurban bayramını üç fərqli gündə qeyd edəcək.
4220919