"İQNA", "Today News"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının nəqliyyat və logistika naziri Saleh ibn Nasir Əl-Cəsir Müqədsə yerlərdə ilk dəfə olaraq hava taksisinin açılışını edib.
Bu şaquli qaldırılmış elektrik hava taksiləri dünyada mülki nəqliyyata məxsus edilmiş ilk uçan taksilərdir.
Bu tip elektrikli uçan taksilər zəvvarların müqəddəs yerlərə daşınması, təcili və tibbi ləvazimatların sürətlə daşınmasını, yüklərin çatdırılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Xidmətləri Naziri bu təşəbbüsü dünyada Mülki Aviasiya Təşkilatı tərəfindən lisenziya almış ilk uçan taksi kimi elan edib.
O vurğulayıb ki, hava taksisinin istifadəyə verilməsi nəqliyyat sistemi və logistika xidmətlərinin gələcək daşıma texnologiyalarının tətbiqi sahəsində təşəbbüsü çərçivəsində həyata keçirilir.
Əl-Cəsir bildirib ki, yeni, innovativ və ekoloji cəhətdən təmiz daşıma üsullarından istifadə etmək üçün bu taksilər süni intellektdən istifadə edir. Həmçinin onun istifadəsi müasir nəqliyyat sektorunun davamlılığını dəstəkləyəcək və 2030-cu il baxışına uyğun olaraq nəqliyyat və logistika xidmətləri üzrə milli strategiyanın məqsədlərinin həyata keçirilməsinə kömək edəcək.
Hava taksisi builki Həcc ziyarətində zəvvarlara kömək etmək üçün tətbiq edilən 32 müasir texnologiyadan biridir və Səudiyyə Ərəbistanında innovativ və səmərəli nəqliyyat həlləri istiqamətində mühüm addımdır.
2024-cü il qabaqcıl texnologiyalar, xüsusən də Həcc mərasimləri zamanı Allahın evinin zəvvarlarının təhlükəsizliyini və rahatlığını artırmaq məqsədi daşıyan süni intellekt (AI) vasitəsilə Həcc ziyarəti təcrübəsinin təkmilləşdirilməsində dönüş nöqtəsidir.
Səudiyyə Ərəbistanı dünyanın dörd bir yanından milyonlarla müsəlmanı Səudiyyə Ərəbistanına cəlb edən qlobal Həcc hadisəsinin idarə edilməsində keyfiyyət dəyişikliyinə səbəb olacaq geniş spektrli innovativ texnologiyalar və proqramlar yaratmağa müvəffəq olub.
Builki Həcc ziyarətində zəvvarlara bələdçilik etmək, onların suallarını cavablandırmaq və lazımi bələdçiliyi müxtəlif dillərdə vermək üçün Məscidül-Həramın içərisində və ətrafında ağıllı robotlar yerləşdirərək avtomatik bələdçilərdən istifadə edilib ki, bu da zəvvarların hərəkətini xeyli asanlaşdırır.
Bundan əlavə, Səudiyyə Ərəbistanının İnformasiya və Süni İntellekt Departamentinin hesabatına əsasən, “tibbi robotlar” zəvvarlara əsas tibbi xidmətlərin göstərilməsi və təcili xəstələrin xəstəxanalara çatdırılmasına kömək etmək üçün yerləşdirilib.
Bununla belə, müasir texnologiyaların istifadəsi də çətinliklərlə üzləşir. Əsas problemlərə aşağıdakılar daxildir: texnologiyanın dini ayinlərə hörmətlə yanaşmasını təmin etmək, zəvvarlar üçün məxfilik və məlumat təhlükəsizliyini qorumaq, yüksək tələbat və Həcc səfəri zamanı istifadə şəraitində texnoloji sistemlərin etibarlılığını və davamlılığını təmin etmək.
4221312