"İQNA", "Əxbarul-Yəvm" saytına istinadən xəbər verir ki, Firquli televiziyaya verdiyi müsahibədə layihəsinin təfərrüatlarını açıqlayıb. Sənətkar bu layihənin ideyasının dostlarından birinin ondan kar və eşitmə qabiliyyəti zəif olanlar üçün verilişdə iştirak etməsini xahiş etdikdə yarandığını bildirib.
Misirli sənətkar sözünə belə davam edib: “Misirdə 8 milyondan çox insan kar və ya eşitmə qabiliyyətini itirib və onların 90%-dən çoxu savadsızdır, ona görə də onları yenidən cəmiyyətə inteqrasiya etmək qərarına gəldim.
İsmayıl Firquli bu əlillərə cümə xütbələrini tərcümə etməyin mümkün olub-olmadığını öyrənmək üçün Misirin Darul-İftası ilə əlaqə saxlayıb. Bu suala cavab olaraq Darul-İfta cümə namazı xütbəsinə qulaq asmağın müstəhəb olduğunu, lakin cümə namazını qılmağın vacib olduğunu açıqlayıb.
Son illərdə əlillərə Quranın öyrədilməsi, Quranın brayl əlifbası ilə hazırlanması və çapı, eləcə də Quranın işarət dilində tərcümə və təfsirlərinin hazırlanması və tərtibi istiqamətində kompleks proqramlar həyata keçirilir. Bununla belə, ekspertlərin fikrincə, bu sahədə standart səviyyəyə çatmağa hələ çox qalıb.
4221424