IQNA

Misirdə üç Quran hafizi bacının təltif olunması

11:20 - December 13, 2025
Xəbər sayı: 3499388
İQNA – Misirin “Əsvan” vilayətində yerləşən Əl-Əzhər Mərkəzi, ailələr üçün nümunə sayılan üç Quran hafizi bacını təltif edib.

“Əl-Vətən” qəzetinin verdiyi məlumata görə, Əsvandakı Əl-Əzhər Mərkəzi bu üç bacını Quranı əzbərləməkdəki uğurlarına, ailələr üçün parlaq nümunə olmalarına, zəhmətkeşliklərinə və Allahın kitabına olan sevgilərinə görə xüsusi mərasimdə təltif edib. 

Mərasimdə Əl-Əzhər alimləri və misirli ailələr iştirak edərək, ailələrin dəstəyi ilə gerçəkləşən bu mənəvi hadisədən məmnunluqlarını bildiriblər. 

Həsna Salah Əbuzeyd, bacılardan biri və 19 yaşlı Əqidə fakültəsinin tələbəsi, belə deyib: “Uşaqlıqdan Quranı əzbərləmək arzusu ilə yaşayırdım və ailəm addım-addım məni bu işə təşviq edirdi.” 

O əlavə edib: “Bu uğur Allahın lütfü, atamın və müəllimlərimin səbrli və düzgün təlimi sayəsində bizi sevincə qərq etdi.” 

Əliya Salah, digər bacı və 24 yaşlı İslam Şəriəti fakültəsinin məzunu, bildirib: 

“Mən dini elmlər sahəsində təhsil almışam və bu, mənə Quranın məzmununu daha dərindən anlamağa imkan verdi. Allahıma şükür edirəm ki, məni bacılarımla eyni yola yönəltdi.” 

O əlavə edib: “Ailəmə təşəkkür edirəm ki, evimizi ‘Beytül-Quran’ etdilər. Uşaqlıq müəllimlərimə və Əl-Əzhər Mərkəzinin elm və əxlaqda nümunə olan alimlərinə də minnətdaram.” 

Ruzə Salah, üçüncü bacı və 22 yaşında, belə deyib:   “Quran həyatımı dəyişdi və mənə heç bir hissə bənzəməyən bir aramlıq verdi. Ailəm bu yoldan geri dönməyim üçün heç bir imkan qoymadı; hər addımda mənim yanımda oldular.” 

O əlavə edib: “Hamıdan istəyirəm ki, Quranı dərk etsinlər və onu tərk etməsinlər. Allahdan diləyirəm ki, Quran Qiyamət günü bizə şəfaətçi olsun.” 

Bu misirli bacıların ailəsi də mərasimdə bildirib ki, qızlarının uğurunun sirri gündəlik öhdəlik, davamlı təkrar və evdə Quran sevgisinin yayılması olub. Əsvandakı Əl-Əzhər Mərkəzi isə bu iş üçün münasib təhsil mühiti təmin edib. 

4322109

Teqlər: misir ، üç bacı ، quran ، hafiz
captcha