IQNA

BƏƏ-də “Şeyxə Hind bint Məktum” Qurani-Kərim müsabiqəsinin iyirmi altıncı mərhələsi başa çatdı

11:48 - December 13, 2025
Xəbər sayı: 3499392
İQNA – Dubay Beynəlxalq Qurani-Kərim Mükafatı, 2025-ci il üçün “Şeyxə Hind bint Məktum” Qurani-Kərim müsabiqəsinin iyirmi altıncı mərhələsinin başa çatdığını elan edib.

“İQNA”-nın “WAM”-a istinadən verdiyi xəbərə görə, Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinə bağlı olan Beynəlxalq Qurani-Kərim Mükafatı, bu mərhələnin başa çatdığını açıqlayıb. Bu ilki yarışlarda iştirakçıların sayında misilsiz artım müşahidə olunub ki, bu da mükafatın nüfuzunu və Qurana xidmət, habelə onun hifzi və mənimsənilməsi mədəniyyətini BƏƏ cəmiyyətində və ölkə sakinləri arasında gücləndirməkdə artan rolunu göstərir. 

Bu mərhələdə ümumilikdə 1666 nəfər kişi və qadın iştirak edib. Onlardan 868 nəfəri kişi, 798 nəfəri isə qadın olub ki, bu da iştirakın genişliyini və müxtəlifliyini əks etdirir. 

İştirakçılar ərəb, Asiya, Afrika və Avropa ölkələrindən olan 55 milləti təmsil ediblər. Əmirlik vətəndaşları isə 1028 nəfərlə siyahının başında yer alaraq, bu yarışların tarixində ən yüksək iştirak faizini təmin ediblər. 

Müsabiqənin Müşahidə Şurasının sədri və Dubay İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsinin baş direktoru Əhməd Dəruviş əl-Mihiri bildirib ki, bu müsabiqə müxtəlif millətlərdən olan seçilmiş hafizləri cəlb etmək üçün münasib bir platformaya çevrilib. İştirakın artması isə hakimiyyətin Qurani-Kərim layihələrini dəstəkləməkdəki həvəsini göstərir ki, bu da Allahın kitabına tam hakim olan bir nəslin yetişməsinə kömək edir. 

Finalçılar və qaliblər qarşıdakı Mübarək Ramazan ayında, BƏƏ-nin Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid əl-Məktumun himayəsi altında keçiriləcək xüsusi mərasimdə təltif olunacaqlar. Bu yekun tədbir yarışların yüksək səviyyəsini nümayiş etdirəcək. 

4322483

captcha