"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, İspaniya son zamanlarda Fələstin Muxtariyyətini tanıyan və Cənubi Afrikanın Qəzza xalqına qarşı soyqırım şikayətinə qoşulan ölkələrdən biridir və Fələstin tərəfdarı olan bir qrup ispan fəal ölkənin paytaxtı Madriddə mərasim keçirib və sionistlərin qırğınlarını canlandırıb.
İspan fəallar sionist rejimin Qəzza müharibəsində törətdiyi cinayətləri Fələstin simvollarından və maskalarından istifadə edərək, küçədə uzanaraq və bədənlərinə qırmızı boya sürtərək canlandırıblar.
Sionist işğalçıların Qəzzada uşaqlara və qadınlara qarşı törətdikləri cinayət və qətllərin miqyası bu cür hərəkətlərlə işıqlandırılır.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares daha əvvəl İsrailin Qəzzadakı hərəkətlərinə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilən soyqırım iddiasında ölkəsinin Cənubi Afrikaya qoşulacağını açıqlamışdı.
İspaniya, Çili və Meksika ilə birlikdə İrlandiyadan sonra bu işə qoşulan ikinci Avropa ölkəsi oldu.
Albarez ötən cümə günü verdiyi açıqlamada İsrailin Madridin Qüdsdə fələstinlilərə göstərdiyi konsulluq xidmətlərini məhdudlaşdırmasının beynəlxalq hüququ pozduğunu bildirib.
Fələstini tanıyan ölkələrin sayı BMT Baş Assambleyasına üzv olan 193 ölkədən 148-ə yüksəlib.
Fələstinin İspaniya tərəfindən tanınması və İspaniya kabinet üzvünün Fələstinin çaydan dənizə qədər azad ediləcəyi ilə bağlı açıqlamalarına cavab olaraq İsrailin xarici işlər naziri Yisrael Katz Tel-Əvivin Madridin Qüdsdə konsulluq xidmətləri göstərməsinə mane olacağını açıqlayıb.
4221883