IQNA

Britaniya Memarlar Kral İnstitutunun mükafatı Avstraliyada məscidə verilib

15:40 - June 20, 2024
Xəbər sayı: 3496185
İQNA – Sidneyin cənub-qərbindəki Punchbowl məscidi Britaniya Memarlar Kral İnstitutunun (RIBA) mükafatını qazanıb.

"İQNA", "The Guardian"-a istinadən xəbər verir ki, Sidneydəki Punchbowl Məscidi Britaniya Memarlar Kral İnstitutu tərəfindən bu institutun 2024-cü il mükafatının qaliblərindən biri elan edilib.
Bu bina yunan-avstraliyalı memar Angelo Kandalpas tərəfindən layihələndirilib və 550 kvadratmetr sahəyə malikdir və 300 nəfərlik tutumu var. Məscidin tikintisi 2019-cu ildə başa çatdırılıb.
Bu məscid memarlıq innovasiyaları və ən yüksək standartlara nail olması ilə tanınan 14 ölkədən 22 qalib layihədən biridir.
Avstraliya İslam Təşkilatına (AİM) aid olan bu məscidin tikintisi ilə bağlı qərar 1996-cı ildə verilib. Lakin bəzi yerli hakimiyyət orqanlarının etirazı ilə tikintiyə icazənin alınması 17 il çəkdi.
Kənardan baxanda məscid klassik məscid bəzəklərindən, taxta günbəzdən və rənglərdən məhrumdur. Quruluşunda yalnız rəngsiz beton görünüşü və taxta detallar üstünlük təşkil edir.
Dördbucaqlı quruluşa malik olan məscid təkcə ibadət yeri deyil, həm də ətrafdakı müsəlmanlar üçün təhsil imkanları yaradır.
Bu məscidin damı məscid günbəzlərinin ənənəvi memarlığından ilhamlanaraq müqərnəsdən (İslam incəsənətində memarlıq strukturlarında görülən həndəsi bəzək növü) tikilmişdir.
Məscidin daxilindəki tavan mərkəzi günbəzlidir və Allahın gözəl adlarının yazıldığı əsas günbəzin üzərində çoxlu kiçik yarımdairəvi beton günbəzlər işlənib.
Məscidin tavanının təbii işıqla işıqlandırılmasını təmin etmək üçün hər birinin mərkəzində 30 mm-lik deşik olan 102 müqərnəsdən istifadə edilmişdir.
Müqərnəsin ortasındakı dəliklər məscidə təbii işıq verir, hətta gecə vaxtı da kifayət qədər işıqlandırma təmin edilir.
Məscidin daxili memarlığının bəzi hissələrində daş və ağacdan istifadə edilmişdir. Bundan əlavə, məscidin iki ayrı həyəti var.
Həm memarlığı, həm də ab-havası ilə fərqlənən bu məscid görülməyə dəyər məscidlər sırasındadır.
"RIBA" binanı Sidney ətrafındakı yaşayış massivinin gündəlik mühitinə inteqrasiya olunmuş olduqca təsir edici müqəddəs məkan kimi qiymətləndirdi. Münsiflər heyəti bildirib ki, müasir materiallardan istifadə olunmasına baxmayaraq, Punchbowl məscidi müsəlman memarlığı ənənəsində öz yerini tutmuş kimi görünür.
4222059

Teqlər: avstraliya ، məscid ، memarlıq ، mükafat
captcha