"İQNA", "Əl-Nəhar" saytına istinadən xəbər verir ki, Parisin Böyük Məscidi bəyanatla çıxış edərək, medianın son seçkilərdə İslam və müsəlmanlara qarşı siyasi hücumlarının son dərəcə narahatlıq doğurduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, siyasətçilər və jurnalistlər müxtəlif mövzularda İslamın müddəalarını səthi təhlil edirlər.
Məscidin bəyanatında bildirilib ki, İslamın siyasi diskursda sistemli şəkildə istismarı çox vaxt mənfi nəticələr verir və bu, İslam qurumlarını belə müzakirələrə müdaxilə etməyə məcbur edir.
Buna görə də Parisin Böyük Məscidi siyasi liderlərdən öz yurisdiksiyalarına diqqət yetirmələrini istədi.
Bəyanatda aşağıdakı ifadələr yer alıb: "Fransa Respublikasının insani dəyərlərinin sınaqdan keçirildiyi bu çətin dövrlərdə vətəndaşlarımız arasında qorxu və inamsızlıq geniş yayılıb. Bu vəziyyət müsəlmanlara da təsir edir, insanların İslamdan daha çox məlumatlı və xəbərdar olmasını istəyirik".
Bəyanatda həmçinin fəal iştirak və səsvermə yolu ilə insanların səsinin eşidilməsinin mümkün olduğu, hər bir vətəndaşın ədalətli və hörmətli cəmiyyət quruculuğunda iştirak etmək imkanının olduğu vurğulanıb.
Nəhayət, Parisin Böyük Məscidi deyib: "Biz qarşılıqlı hörmət istəyirik və siyasətçilərdən İslam və müsəlmanlara olan vəsvəsələrini tərk etmələrini və diqqətlərini cəmiyyətin üzləşdiyi real çağırışlara yönəltmələrini istəyirik".
4222653