Həmas sözçüsü Cihad Taha ABŞ-ın ilk gündən işğalçı rejimə qarşı rəftarının qərəzli olduğunu bildirib və deyib: "Müharibədən sonra Qəzzanın gələcəyinə yalnız Fələstin xalqı qərar verəcək və ABŞ və sionist rejimin bu məsələdə heç bir rolu olmayacaq".
Vasitəçilərin sionist rejim ilə Fələstin müqaviməti arasında atəşkəs və əsir mübadiləsinə dair razılığa nail olmaq səylərinin davam etdiyini bildirən Taha deyib: "Sionist rejim beynəlxalq qərarlara əməl etməli və hərbi təcavüzə son qoymalıdır".
Taha qeyd edib ki, ABŞ Benyamin Netanyahunun kabinetinə atəşkəs təklifini qəbul etməsi üçün təzyiq etməlidir.