IQNA

Çoxlu zəvvarlar Mədinədə Qibləteyn məscidini ziyarət edirlər

9:56 - July 07, 2024
Xəbər sayı: 3496283
İQNA – İslamın ilk dövrlərindən qalma tarixi məscidlərdən biri olan Qibləteyn məscidi Həcc mövsümünün sonunda çoxlu zəvvarları qəbul edir.

"İQNA", "Əl-Bələd" saytına istinadən xəbər verir ki, Mədinədə yüzlərlə zəvvar bu məscidə ibadət edir.
Bu tarixi məscid “Qibləteyn sivilizasiya planı” kimi işlənib hazırlanmış və yenidən qurulmuşdur.
O, Vebere Harredə, Mədinənin şimal-qərbində və Məscidün-Nəbidən 5 km məsafədə yerləşir. İlk adı, yerləşdiyi qəbilə bölgəsinə görə Bəni Səlimə məscidi ikən, Məhəmməd peyğəmbərin (s) zöhr və ya əsr namazı qıldığı zaman nazil olmuş, "Bəqərə" surəsinin 144-cü ayəsinə uyğun olaraq Qüdsdəki Məscidül-Əqsadan qibləsini Kəbəyə çevirdiyində, “Qibləteyn məscid”i adlanmışdır.
“Bəqərə” surəsinin 144-cü ayəsi: "Biz sənin üzünü göyə çevirdiyini görürük. İndi, şübhəsiz ki, sizi razı salacaq qibləyə tərəf döndəririk. İndi üzünü Məscidül-Harama çevir. Harada olursunuzsa olun, üzünüzü o tərəfə çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun öz Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. Allah onların etdikləri əməllərdən qafil deyildir".
Qibləteyn məscidinin tutumunun 3 min nəfərə çatdırılması istiqamətində işlər aparılır.
Bundan əlavə, məscidin abadlıq və yenidənqurma işləri çərçivəsində çöl həyətdə kölgəliklər qoyulub və zəvvarlara bələdçilik xidməti də göstərilir.
4224513

Teqlər: ərəbistan ، mədinə ، məscid ، minarə
captcha