IQNA

Nəsrullah: "Hizbullah Qəzzəyə dəstək olmaq üçün sionist rejimlə müharibəyə girdi"

13:42 - July 08, 2024
Xəbər sayı: 3496298
İQNA – Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Hizbullahın Qəzza və Fələstin xalqına dəstək olmaq üçün sionist düşmənlə müharibəyə girdiyini bildirib.

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayının ikinci gecəsi Cənubi Dahiyə bölgəsində etdiyi çıxışında Qəzza müharibəsinə işarə edərək dedi ki, "Hizbullah Qəzzəyə və Fələstin xalqına dəstək olmaq üçün sionist düşmənlə döyüşə girdi. İndi yaxınlarımız bizə deyirlər ki, düz yoldayıq və döyüşməyə gəlmişik".
Qəzzədəki cinayətlərə məhəl qoymayanların qəlbinin kor olduğunu bildirən Nəsrullah, "Qəzzada törədilən cinayətin ardınca Avropa ölkələri hər həftə Qəzzada törədilən soyqırıma qarşı anti-sionist nümayişlərin şahidi olurlar" dedi.
Nəsrullah: "İsrailin Qəzzada məğlubiyyətinin əlamətləri göz qabağındadır".
Livan Hizbullahının baş katibi çıxışının başqa bir hissəsində Əl-Əqsa tufanı əməliyyatı və Hizbullahın Livanın cənubundakı sionist rejimlə münaqişəsinə işarə edərək, “Biz Əl-Əqsa tufanının mərkəzindəyik” deyib.

captcha