IQNA

Ərəbistanda İslamın əvvəlinə dair kitabə tapılıb

9:38 - July 17, 2024
Xəbər sayı: 3496351
İQNA - Yeni araşdırma Səudiyyə Ərəbistanında naməlum məscidin yanında İslamın əvvəlinə aid bir kitabənin tapılmasından xəbər verir.

"İQNA", "Əd-Diyar"-a istinadən xəbər verir ki, Yeni araşdırmaya görə, Səudiyyə Ərəbistanı Krallığında tərk edilmiş məscidin yaxınlığındakı qaya üzərində qədim ərəbcə yazı tapılıb. Ehtimal olunur ki, o, Peyğəmbərin (s) səhabəsi Hənzələ ibn Əbi Amir tərəfindən həkk olunub. Peyğəmbərin (s) bu səhabəsi Ühüd döyüşündə şəhid oldu.
İslamın əvvəlinə aid bir neçə yazı məlum olsa da, Səudiyyə Ərəbistanının Bəha bölgəsindəki bir kitabə istisna olmaqla, onların müəllifləri məlum deyil.
“Journal of Near Eastern Studies” jurnalının aprel sayında dərc olunan yeni araşdırmada tədqiqatçılar tərəfindən təhlil edilən kitabə, Peyğəmbərin (s) dövrü ilə bağlı təsdiqlənmiş ikinci kitabədir.
Bu ikinci kitabə İslamın Ərəbistan yarımadasında yayılmasından əvvəl 7-ci əsrin əvvəllərində həkk olunub və İslamın Ərəbistan yarımadasında yayılmasının müxtəlif mərhələlərinin mühüm sübutudur.
Lakin onlar hələ də müəllifin kimliyinə tam əmin deyillər.
Tədqiqatçıların fikrincə, İslamın ilk dövrlərinin tarixini qismən aydınlaşdırır. Ohayo Dövlət Universitetinin ərəbşünaslıq ustadı Əhməd Əl-Cəlladın fikrincə, bu dövr sirrlə örtülmüşdür.
Türkiyəli xəttat Yusif Belin Taif şəhərində Əli ibn Əbdüləziz tərəfindən tikildiyi güman edilən köhnə məscidi ziyarət edərkən məsciddən 100 metr aralıda çıxan qaya üzərində iki kitabə diqqətini çəkib. 2021-ci ildə bu məsələ tədqiqatçılar tərəfindən yenidən araşdırılıb.
Müəlliflər Məhəmməd Peyğəmbərin (s) tərcümeyi-halı və şəcərələri araşdıraraq müəyyən ediblər ki, bu mətn qədim ərəb dilindədir və 6-cı əsrin sonu - miladi 7-ci əsrin əvvəllərinə aiddir. Dəlillərə görə, görünür ki, bu daşı Peyğəmbərin Uhud döyüşündə şəhid olan səhabəsi Hənzələ bin Əbi Amer həkk edib.
4226705

captcha