IQNA

Sionist rejim universitet boykotundan və onun nəticələrindən narahatdır

10:05 - July 23, 2024
Xəbər sayı: 3496384
İQNA – Sionist işğalçı rejimin cinayətlərinə qarşı qlobal etirazların güclənməsinin mənfi təsirləri, bu rejimin universitetlərinin boykot edilməsinin artması sözügedən rejimin siyasi və elmi dairələrini çox narahat edib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, bu, yaxın bir neçə ildə sözügedən rejimin akademik institutları üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Bu, bu qurumların bəzi yüksək səviyyəli rəsmilərini boykot hərəkatını dayandırmaq üçün səy göstərməyə sövq etdi, lakin indiyə qədər uğursuzluğa düçar oldular.
Hayfadakı Texniki İnstitutun iki ekspert tədqiqatçısı sionist rejimin müxtəlif hərbi, siyasi, iqtisadi, hüquqi, kiber və akademik cəbhələrdə müharibə etdiyini təsdiqləyib.
Ancaq akademik sahədə müharibə 9 ay əvvəl başlamadı. Çünki İsrailə qarşı akademik boykot çağırışı boykot hərəkatının bir hissəsidir və iyirmi ildir ki, bütün dünyada fəaliyyət göstərir.
“Maariu” qəzetində dərc olunan məqalədə o, boykot hərəkatının 90-cı illərdə devrilmiş irqçi Cənubi Afrika rejiminin boykotundan ilhamlandığını bildirib. Bu gün o, yazıb ki, bu hərəkat fələstinliləri məzlum qaradərililərlə, israilliləri isə Cənubi Afrikanı idarə edən avropalı müstəmləkəçilərlə eyniləşdirmək üçün öz fəaliyyət metodunu seçib.
Bu iki israilli tədqiqatçı bildiriblər ki, HƏMAS-ın 7 oktyabr hücumundan sonra dünyanın bir çox universitetlərində, xüsusilə ABŞ və Avropada işğal rejiminə qarşı fəaliyyətlərin miqyası və intensivliyi aparıcı beynəlxalq universitetlərin tələbələri, ustad-müəllim heyəti və idarəçilərinin etirazları ilə başlayıb.
Akademik boykot İsrail institutları ilə bütün tədqiqat əməkdaşlığının dayandırılması, bu qurumlarla tələbə mübadiləsi müqavilələrinin ləğvi və tədqiqatçıların tədqiqat təqdim etmələrinin qarşısının alınmasıdır. ABŞ universitetlərində başlayan etiraz dalğası zamanla qlobal selə çevrildi.
Bu iki tədqiqatçı İsrailin boykota reaksiya verməməsini tənqid edərək, boykotun təsirinin zaman alacağını, lakin akademik boykotun tədricən özünü göstərəcək dağıdıcı nəticələrinin olacağını bildirib.
Onlar müəyyən ediblər ki, İsrail universitetlərini boykot etməyin təhlükəsi yüksək texnologiyalar, səhiyyə sistemi, səhiyyə sektoru, maliyyə sistemi və digər sektorlarda işçi qüvvəsini təmin edən mühərriki hədəf almaqdır. Çünki beynəlxalq əməkdaşlıq istənilən akademik fəaliyyətin dinamik amilidir. İsrailin akademik sistemi dünyadan təcrid olunduqda mütləq zəifləyir.
İsraillilərin əsas narahatlığı ondan ibarətdir ki, dünya universitetlərində yay tətilinin gəlməsi bir növ atəşkəs yaratsa da, sentyabr ayında bu hərəkat yenidən güclənəcək, çünki bu, İsrailin Qəzzaya qarşı qanlı təcavüzü davam etdikcə, dünyada daha çox universitetin bu rejimə qarşı etiraz və boykotlara qoşulacaq olması deməkdir.
4227585

captcha