IQNA

Rusiya polisi Belqorodda məscidin yandırılmasının qarşısını alıb

3:35 - July 27, 2024
Xəbər sayı: 3496405
İQNA - Rusiya Federal Təhlükəsizlik Xidməti Belqorod vilayətində məscidi yandırmağa hazırlaşan iki nəfərin həbs edildiyini bildirib.

"İQNA", Rusiyanın "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, ötən gün açıqlama verilərək 1986 və 1993-cü il təvəllüdlü iki nəfərin Mariupol sakini olduğunu və Ukrayna Kəşfiyyat Xidməti tərəfindən "aldadıldığını" bildirib.
Qeyd edilib ki, aldıqları əmrə əsasən, iki şübhəlinin Belqorodda məscid yandırmağı planlaşdırdıqları məlum olub. Cinayətlərini etiraf ediblər və terror aktı törətmək ittihamı ilə onlara qarşı cinayət işi açılıb.
Ukraynadakı müharibədən sonra müsəlmanlara, məscidlərə və Qurani-Kərimə qarşı çoxlu belə aksiyalar həyata keçirilib.
Ukrayna və Rusiya qarşılıqlı olaraq bir-birini müsəlmanların hisslərini oyatmaq məqsədi ilə bu cür hərəkətlər etməkdə ittiham edirlər.
Müsəlmanlar əsrlər boyu Rusiya və Ukrayna cəmiyyətinin bir hissəsi olublar.
4228197

Teqlər: rusiya ، məscid ، İslam ، müsəlmanlar
captcha