IQNA

Paris Olimpiadasının açılışında dini dəyərlərin ələ salınmasına qarşı etirazlar artıb

11:32 - July 29, 2024
Xəbər sayı: 3496422
İQNA - Misirin Anqlikan Xristianları bəyanatda 2024-cü il Paris Olimpiadasının açılış mərasimində “Son şam yeməyi” rəsminin ələ salınmasını mənəvi dəyərlərə hörmətsizlik adlandırıblar.

"İQNA", "CNN"-ə istinadən xəbər verir ki, Misirin Anqlikan Kilsəsi Leonardo da Vinçinin simvolik dəyərə malik olan və xristian inancları tarixində böyük əhəmiyyət kəsb edən Son Şam yeməyinin rəsminə xatırladan proqramın icrasına işarə edərək bəyanat yayıb: "Olimpiya oyunları heç vaxt dini və mədəni qarşıdurmalara və ya təhqirlərə bəhanə olmamalıdır, əksinə, Olimpiada bütün dünyadan idmançıları cəlb etmək və həvəsləndirmək, fikir və əqidə müxtəlifliyinə hörmət etmək, xalqlar və mədəniyyətlər arasında anlaşmanı gücləndirmək kimi tarixi rolunu oynamalıdı".
Bu bəyanatda Paris Oyunlarının açılış mərasimində baş verənlərin köklərə, mənəvi və idman ruhunun daim gücləndiyi dəyərlərə hörmətsizlik olduğu bildirilir. Bu kimi məsələlər bu cür tədbirlərin idman ruhunu, bəşəri missiyasını məhv edə bilər.
Bu bəyanatda həmçinin deyilir: "İnsan ləyaqətinin qorunması bütün dinlərdə əsl əxlaqi dəyərlərin əsasını təşkil edir, incəsənətdə və innovasiyada azadlıq isə qlobal sülhün və bəşəriyyət arasında yaxınlaşmanın yaradılmasının əsas mənbəyidir və bu, bütün insani müqəddəsliklər və dəyərlərə beynəlxalq hörmət tələb edir".
Həmçinin məşhur misirli iş adamı Najib Sawiris 2024-cü il Paris Olimpiya Oyunlarının açılış mərasimində Son Şam yeməyi rəsminin ələ salınmasına etiraz edərək, baş verənləri "ədəbsizlik və axmaqlıq" adlandırıb.
Sawiris X kanalındakı səhifəsində yazıb: "Bu mərasimdə baş verənlər küfr, azğınlıq və duyarsızlıq idi. Həmçinin Qətər əmirinin xanımı Məryəm Əl-Sani X kanalında yayımladığı paylaşımda bu mərasimi məyusedici mesajlarla dolu, idman və mədəniyyətdən uzaq bir fəlakət adlandırıb".
Paris 2024 Olimpiadasının Təşkilat Komitəsinin rəsmi sözçüsü "CNN Arabic"-ə verdiyi açıqlamada vurğuladı: "Aydındır ki, heç vaxt heç bir dini qrupa və ya inanca hörmətsizlik etmək niyyəti olmayıb. Mərasim keçirilib. 2024-cü il Paris Olimpiadası ictimaiyyət və tolerantlıq bayramıdır".
4228730

captcha