IQNA

Hindistan müsəlmanlarına qarşı yeni irqçi münasibət

5:23 - August 27, 2024
Xəbər sayı: 3496566
İQNA - Hindistanın bəzi polis qüvvələrinin ölkə müsəlmanlarına qarşı irqçi davranışı tənqid edilib.

 "İQNA"-nın "Əl-Müctəmə"-ə istinadən verdiyi məlumata görə, Hindistanın Madhya Pradeş əyalətində Bharatiya Janata Partiyasının hökuməti heç bir məhdudiyyət olmadan hind müsəlmanlarına qarşı ədalətsizlik və ayrı-seçkilik tətbiq edir. Elə bir şəkildə ki, bəzilərinin evi dağıdılır və onlar polis tərəfindən küçələrdə polisə dəstək şüarları səsləndirməyə məcbur edilir.
Bu hadisələr bəzi polislərin müsəlmanlara qarşı nifrətinin nə dərəcədə olduğunu göstərir. Həmçinin onlara Peyğəmbərin (s) müdafiəsində etiraz edə bilməyən, buna haqqı olmayan qul kimi baxılır. Müsəlmanların Peyğəmbərini (s) təhqir edən ifratçı hindular heç bir problem və məhdudiyyət olmadan fəaliyyətlərini davam etdirirlər.
Bununla əlaqədar olaraq, ekstremist hinduların Peyğəmbəri (s) təhqir etməsindən sonra Maharaştra əyalətində çoxlu sayda müsəlman polis idarəsində görülən tədbirlərdən şikayət etmək istəsələr də, polisin onları dağıtması və gözyaşardıcı qazdan istifadə etməsi ilə qarşılaşıblar.
Hindistanda Bharatiya Janata Partiyası hakimiyyətə gələndən bəri ölkədəki müsəlmanlar hindu ekstremist qruplarının təqibləri ilə üzləşirlər. Bu, hökumətin bu məsələyə məhəl qoymamaqla və diqqətdən kənarda qalaraq bu təqiblərin davam etməsinə və genişlənməsinə zəmin hazırladığı, hətta bəzi hallarda bu ölkənin müsəlmanlarına qarşı qanunlar qəbul etməsi, vəziyyəti daha da çətinləşdirdiyi bir vaxtda baş verir.
4233709

captcha