IQNA

Rohinca müsəlmanları Myanmaya qayıtmaq istəyirlər

12:02 - August 30, 2024
Xəbər sayı: 3496577
İQNA – Banqladeşdəki on minlərlə Rohinca müsəlmanı Myanmaya təhlükəsiz şəkildə qayıtmaq istəyir.

"İQNA", "Əl-Yəvmus-Sabi" saytına istinadən xəbər verir ki, Banqladeşdə müxtəlif düşərgələrdə yaşayan on minlərlə Rohinca müsəlmanı köçlərinin yeddinci ildönümündə Koks Bazar bölgəsində keçirdikləri mitinqdə sağ-salamat öz evləri Rahin əyalətinə qayıtmaq istədiklərini bildiriblər.
25 avqust 2017-ci ildə Rahin əyalətində baş verən qətllər və zorakılıqlar səbəbindən yüz minlərlə qaçqın Banqladeşə piyada və ya qayıqla gəlib.
Banqladeşin o zamankı baş naziri Şeyx Hasina sərhəd qapılarını açıb və 7 mindən çox müsəlmanın ölkəyə daxil olmasına icazə verib. Bu, Myanmadan olan müsəlmanların on illərdir Banqladeşə sığındıqları bir vaxtda baş verib.
Banqladeş dəfələrlə qaçqınları geri qaytarmağa çalışıb və beynəlxalq ictimaiyyəti repatriasiya prosesinin başlamasına kömək edə biləcək dinc mühit təmin etmək üçün Myanmaya təzyiq göstərməyə çağırıb.
4233719

captcha