"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, işğalçı qüvvələr “təhlükəsizlik şərtləri” bəhanəsi ilə Qəzza müharibəsi başlayandan bəri Əl-Xəlildəki İbrahim məscidini ikinci dəfə bağlayıb.
Cümə günü bomba yüklü avtomobil Əl-Xəlil və Beytul-Ləhim arasındakı dairəvi yolda yanacaqdoldurma məntəqəsində partladılıb. Bundan əlavə, Beytul-Ləhim şəhərinin şimalındakı Kərmi Təzur qəsəbəsində silahlı hücum olub və bomba yüklü avtomobil partladılıb.
Bu qərar Əl-Xəlilin şimalında və İordan çayının qərb sahilinin cənubunda həyata keçirilən iki əməliyyatdan sonra qəbul edilib.
İbrahim Məscidinin direktoru Qassan Ər-Rəcəbi verdiyi açıqlamada, İsrail qüvvələrinin İbrahim məscidini bağlamaq qərarından döndüyünü və məscid rəhbərliyi və rəsmiləri də daxil olmaqla, bütün müsəlmanların girişinə açdığını bildirib.
Təhlükəsizlik məhdudiyyətləri, məscidə girişin qarşısını almaq üçün məscid ətrafında axtarışlar və təqiblər keçmişə nisbətən daha sərtdir.
Bundan əlavə, Rəcəbi İbrahim məscidinin bağlanmasının ibadət azadlığına hücum kimi qiymətləndirilə biləcəyini və ibadət edənlərin və ziyarətçilərin sayının azalmasına səbəb olacağını bildirib.
4234387