"İQNA", "Əl-Nəhar" saytına istinadən xəbər verir ki, Seneqal baş naziri Netanyahunu "ədalətlə üzləşməmək üçün minlərlə cəsədi ayaqları altında əzməyə üstünlük verən bir insan" olaraq xarakterizə edib.
Seneqalın paytaxtı Dakarda Fələstinə dəstək aksiyasında çıxış edən baş nazir Ousmane Sonko İslam ölkələrini işğal rejimini boykot etməyə və onu təcrid etmək üçün təzyiqləri artırmağa çağırıb.
"Bu ədalətsizliyi qınayan hər kəsi bir araya gətirməli və İsraili təcrid edəcək siyasi həll üçün çalışmalıyıq" deyən Sonko, Fələstinə dəstək üçün İslam ölkələri arasında daha çox həmrəyliyə çağırış edib.
Baş nazir böhranlar qarşısında müsəlmanların və afrikalıların “bir səslə” çıxış etməsinə mane olan “müxtəlif bölünmələrə” də toxunub.
O, həmçinin İslam ölkələrinin səssiz qaldığıı və Cənubi Afrikanın bu böhranın əvvəlindən fələstinlilərə dəstək üçün hərəkətə keçdiyini bildirib.
4234584