IQNA

Əlcəzair Milli Quran Yarışmasının ilkin mərhələsinin başlanğıcı

6:10 - September 11, 2024
Xəbər sayı: 3496660
İQNA - 225 kişi və qadın təmsilçinin iştirakı ilə Əlcəzairin Milli Qurani-Kərim yarışmasının ilkin mərhələsi başlayıb.

"İQNA", "Əl-Xəbər"-ə istinadən bildirir ki, Əlcəzairin Vəqflər və Dini İşlər Nazirliyinin bəyanatına əsasən, Qurani-Kərim həftəsi çərçivəsində 26-cı milli Qurani-Kərim yarışmasının ilkin mərhələsi başlayıb.
Bu bəyanatda deyilir: "Həzrət Peyğəmbərin (s) mövludu münasibəti ilə Əlcəzairin Vəqflər və Dini İşlər Nazirliyi sentyabrın 9-dan 11-dək videokonfrans vasitəsilə milli Quran müsabiqəsinin ilkin mərhələsini keçirəcək. Münsiflər heyəti bu nazirliyin baş qərargahında yarışları idarə edir".
Əlcəzairin Vəqflər və Dini İşlər Nazirliyinin bəyanatına görə, ilkin mərhələ ölkənin bütün əyalətlərindən altı fənn üzrə 225 kişi və qadın təmsilçinin iştirakı ilə keçiriləcək. Nəhayət, hər bir fənndən 10 iştirakçı seçilir və final mərhələsinə keçir. Bu müsabiqənin final mərhələsi bu ayın sonunda keçiriləcək.
Bu yarışlarda iştirakçılar Quranın hifzi, təcvidlə qiraət və təfsiri üzrə yarışır və qaliblər Əlcəzair Mükafatının beynəlxalq Quran yarışmalarında bu ölkəni təmsil edəcəklər.
Keçən il Əlcəzairin müxtəlif əyalətlərindən 133 iştirakçı bu yarışmada virtual olaraq mübarizə aparıb. Vəqflər və Dini İşlər Nazirliyinin qərargahında yerləşən hakimlər komitəsinin üzvləri iştirakçıların çıxışını qiymətləndiriblər.
4235827

captcha