"İQNA"-nın əl-Məsirə-yə istinadən verdiyi məlumata görə, Yəmənin “Əl-Məsirə” peyk kanalı X sosial şəbəkəsindəki istifadəçi hesabında daha əvvəl Ənsarullah qüvvələri tərəfindən ələ keçirilən sionist rejimə məxsus “Qalaksi Lider” gəmisində Rəsuli-Əkrəmin (s) mövludu bayramının şəkillərini yerləşdirib.
Hudeydə, Qırmızı dəniz, “Qalaksi Lider” gəmisinin göyərtəsində Peyğəmbərin (s) doğum günü şənliyi başlığı ilə paylaşılan görüntülərdə ələ keçirilən gəmi yaşıl işıqlarla bəzədilib.
Əl-Məsirə həmçinin Peyğəmbərin (s) mövludu münasibətilə "İbb" şəhərində keçirilən avtomobil karnavalının videolarını və Yəmənin paytaxtı Sənada Peyğəmbərin (s) mövludu münasibətilə hazırlanmış bəzəklərin şəkillərini paylaşıb.
Bu münasibətlə bu bayramın təşkilat komitəsi, bazar günü günortadan sonra Səna şəhərinin “Əs-Səbain” meydanında və digər əyalətlərin meydanlarında milyonlarla insanın toplanmasına çağırıb. Həmçinin bu münasibətlə Yəmənin bütün bölgə və əyalətlərində bayram tədbirləri davam edir.
Bundan əvvəl yəmənlilər həmçinin bu gəmidə Qədir-Xum bayramını qeyd ediblər.
4236481