IQNA

İsrailin 347 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 41 min 252-yə yüksəlib

0:55 - September 18, 2024
Xəbər sayı: 3496706
İQNA - Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 252-yə yüksəlib.

Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 347 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində “3 hücum” həyata keçirdiyi və bu hücumlarda daha 26 fələstinlinin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 252-yə, yaralıların sayının isə 95 min 497-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çıxara bilmədiyi bir daha vurğulanıb.

captcha