"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Dünya Müsəlman Alimlər Birliyinin sədri Əli Qaradaği Livan və Qəzza zolağının İsrail üçün asan tikəyə çevrilməməli olduğunu vurğulayıb.
O, həmçinin İslam ölkələrini sionist rejim və onun müttəfiqlərinin hərəkətlərinə qarşı birləşməyə çağırıb.
Qaradaqi açıqlamasında bu gün Livanda baş verənlərin dinc insanlara qarşı açıq hücum olduğunu və Netanyahu və onun ifrat sağçı qrupunun İsraili Qüds, İordan çayının qərb sahili, Qəzza, Livan və İordaniyanın bəzi hissələrini əhatə edəcək şəkildə genişləndirmək siyasətinin bir hissəsi olduğunu bildirib.
Bundan əlavə, o, müsəlman hökumətlərini İsrailin bu açıq hücumunun qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Ümumdünya Müsəlman Alimlər Birliyinin sədri təkcə Qəzza və Livanı deyil, bütün ərəb və İslam ölkələrini də əhatə edən bu cilovsuz sionist təcavüzün dayandırılması üçün təcili Ərəb-İslam sammitinin keçirilməsini istəyib.
4238243