IQNA

Sionist rejimin Beyrutdakı Hizbullah qərargahına hücumu

1:53 - September 28, 2024
Xəbər sayı: 3496760
İQNA – Sionist rejim ordusu Beyrutun cənubunda yerləşən Dahiyədə Hizbullahın əsas komanda mərkəzini hava hücumu ilə hədəfə aldığını bildirib.

İşğalçı sionist rejim ordusu Beyrutun cənubunda yaşayış binasının birinci mərtəbəsində yerləşdiyini iddia edən Hizbullah qərargahını hədəfə aldığını bildirib.
Sionist Rejim radio və televiziya təşkilatı Beyrutun cənubunda həyata keçirilən hücumda yeraltı bombalardan istifadə edildiyini etiraf edib.
Hədəf edilən mərkəzlər Beyrutun cənubundakı “Haret Hrek” bölgəsində yerləşir və bu ərazidə dörd bina dağıdılıb.
Sionistlərin Hizbullahın qərargahını hədəf aldıqlarını iddia etmələrinə baxmayaraq, hücumun baş verdiyi ərazi mülki əhali ilə dolu yaşayış məntəqəsidir və bir neçə məktəb və yaşayış kompleksini əhatə edir.
4238987

Teqlər: sionist rejim ، hizbullah ، beyrut ، livan
captcha