IQNA

Roma Papası sionist rejimlə Hizbullah arasında müharibəni dayandırmağa çağırıb

9:32 - October 01, 2024
Xəbər sayı: 3496778
İQNA – Dünya katoliklərinin lideri çıxışında sionist rejim ilə Livan Hizbullahı arasında müharibənin dayandırılması və atəşkəsin əldə olunmasını istəyib.

CNN-in verdiyi məlumata görə, Roma Papası Fransisk bu bazar günü Belçikanın paytaxtı Brüsseldəki Baudouin Stadionunda iştirak etdiyi ibadət zamanı Livanda münaqişələrin şiddətlənməsini böyük ağrı və narahatlıqla izlədiyini bildirib.
Dünya Katolik lideri: "Gəlin sülh üçün dua edək. Mən bütün tərəfləri Livanda, Qəzzada, Fələstinin qalan hissəsində və İsraildə atəşkəsi dərhal dayandırmağa çağırıram".
87 yaşlı Roma Papası dəfələrlə Yaxın Şərqdə sülh və sionist rejim ilə Həmas arasında atəşkəsə çağırıb.
4239588

captcha