IQNA

Ankarada ''Soyqırıma qarşı üsyan, Fələstinə dəstək yürüşü"

4:07 - October 08, 2024
Xəbər sayı: 3496825
İQNA – Türkiyənin paytaxtı Ankarada sionist İsrailin Qəzzəyə hücumlarının 1-ci ildönümü münasibətilə nümayiş keçirilib.

Fələstində baş verən bəşəri faciəyə diqqət çəkmək və sionist İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlarına görə qəzzalılara dəstək olmaq məqsədi ilə Ankarada ''Soyqırıma qarşı üsyan, Fələstinə dəstək yürüşü" keçirilib.
Yürüş edən nümayişçilər Fələstinə dəstək şüarları səsləndiriblər.
Qəzzada şəhidlərin sayı 41 min 870-ə yüksəlib
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 366 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Qatil İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 qətliamda 45 nəfərin şəhid olduğu, 256 nəfərin yaralandığı bildirilib.
Oktyabrın 7-dən etibarən İsrail rejiminin Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 41 min 870-ə, yaralıların sayı isə 97 min 166-ya yüksəlib.

captcha