IQNA

Sionist mühacirlər Əl-Əqsa xətibinin evinin sökülməsini istəyirlər

2:59 - October 10, 2024
Xəbər sayı: 3496838
İQNA – Sionist mühacirlər Ali İslam Şurasının sədri, cammat imamı və Məscidül-Əqsanın xətibi Şeyx İkrimə Səbrinin evinin sökülməsini tələb ediblər.

Səma xəbər agentliyinin verdiyi məlumata görə, mühacirlər müxtəlif sosial platformalar vasitəsilə sionist rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Qvirdən binanın sökülməsini istəyiblər və iddia ediblər ki, bina, o cümlədən Şeyx İkrimə Səbrinin yaşadığı mənzil “icazəsiz tikilib”.
Qeyd olunub ki, fanatik yəhudi təşkilatları son zamanlar Şeyx İkrimə Səbriyə qarşı davamlı olaraq “çirkin təxribatlar” edirlər.
Şeyx İkrimə Səbri sionistlərin Məscidül-Əqsada olmasına qarşı çıxanlardandır.
İkrimə Səbrinin cümə namazı xütbəsi zamanı İsmayıl Həniyyənin şəhadəti ilə bağlı başsağlığı verdiyi üçün Məscidül-Əqsaya 6 ay müddətinə giriş qadağası qoyulub.
Məscidül-Əqsa xətibinin də vətəndaşlıqdan məhrum edilmə riski ilə üzləşdiyi və ifratçı sionist qrupların onun Qüdsdən çıxarılmasını tələb etdiyi bildirilir.
4241200

captcha