Qatil İsrail ordusunun son 24 saatda Livanda həyata keçirdiyi hücumlarda 60 nəfərin şəhid olduğu, 168 nəfərin yaralandığı bildirilib.
Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun 8 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi və son zamanlar intensivliyini artırdığı hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun son 24 saat ərzində əsasən cənub bölgələrində olmaqla Livana 57 hava hücumu təşkil etdiyi, hücumlarda daha 60 nəfərin həyatını itirdiyi, 168 nəfərin yaralandığı bildirilib.
Açıqlamada İsrailin 8 oktyabrdan bəri Livana 9 min 588 hücum təşkil etdiyi bildirilib.