IQNA

Hindistanın Tripura ştatında hindular məscidlərə hücum ediblər

2:17 - October 15, 2024
Xəbər sayı: 3496865
İQNA – Hindistanın Tripura əyalətindəki hindu ekstremistləri bir çox məscidləri hədəfə alıb və onlara hücum ediblər.

"Əl-Sahafa Əl-Yəməniyyə" saytının verdiyi xəbərə görə, Tripura əyalətində hinduların dini bayramı Durja Puja zamanı məzhəblərarası qarşıdurma baş verib. Hindu qrupları məscidləri qarət edərək bir müsəlmanı öldürdülər.
Hindu radikal qrupları dini bayram adı altında Modi hökumətində müsəlmanlara qarşı ən dəhşətli zorakılıqları törətməklə azlıqların, xüsusən də müsəlmanların həyatını çətinləşdirir.
Ötən həftə bölgədə 16 məscidə hücum edilib, onlarla müsəlman biznesi və mağazası talan edilib.
Bundan əlavə, yerli mənbələr məscidin qarət edildiyini və müsəlman iş adamının həyatını itirdiyini bildirib.
Radikal hindular sözügedən festivala pul toplamaq üçün bir çox müsəlman mağazalarını və evlərini qarət ediblər. Müsəlman ona pul verməkdən imtina etdikdən sonra o, zorakılığın ən ağır forması ilə üzləşib.
Hindistan mətbuatında çıxan xəbərlərə görə, zorakılıq nəticəsində bir müsəlman həyatını itirib, 17 nəfər isə ağır yaralanıb.
Media radikal hinduların İslam dini kitablarını təhqir etdiklərini və hətta məscidin talanı zamanı onları yandırdıqlarını yazıb.
4241842

captcha