Xəbərə görə, video bir dəqiqə on saniyədir və gözdən əlil vətəndaş Baril əlifbasından istifadə edərək gözəl səsi ilə "Hücürat" surəsinin 14-dən18-ə qədər olan ayələrini surələrini oxuyub.
"Hücürat" surəsinin 14-dən18-ə qədər olan ayələri:
"Bədəvilər dedilər: Biz (səmimi qəlbdən) iman gətirdik. (Ya Peyğəmbər, onlara) de: İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) İslamı qəbul etdik deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır".
"Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır".
"De: Allah göylərdə olanları və yerdə olanları bildiyi halda siz Allaha öz din (və batini əqidələr)inizdən xəbər verirsiniz? Allah hər şeyi bilir".
"Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır".
"Şübhəsiz, Allah göylərin və yerin qeybini (göylərdə və yerdə bütün şüur sahiblərinin düşüncə və hiss çərçivəsindən xaric olan sirləri) bilir. Allah etdiklərinizi görür".
4243178