IQNA

Hindistanda müsəlmanları təcrid etmək üçün məscidlər hədəfə alınıb

3:13 - October 23, 2024
Xəbər sayı: 3496919
İQNA – Hindistanda müsəlmanların məscidlərinə və dini mərkəzlərinə ziyan vurmaq üçün qəsdən edilən hərəkətlər onları kənarlaşdırmaq məqsədi daşıyır.

"Pakistanın səsi" saytının verdiyi xəbərə görə, Hindistanda məscidlərin, ziyarətgahların və müqəddəs yerlərin sistematik şəkildə dağıdılması və zədələnməsi Hindutvanın rəhbərlik etdiyi kampaniyanın bir hissəsidir. Onun məqsədi Hindistan müsəlmanlarını marjinallaşdırmaq və onların dini hüquqlarını pozmaqdır.
Kəşmir Media Xidməti Mərkəzi tərəfindən dərc edilən hesabatda, Naradra Modi hökumətinin dərin köklü anti-müsəlman gündəmi tətbiq etdiyini bildirilib.
Həmçinin qeyd olunub ki, Hindistanda müsəlmanların məscidləri, ziyarətgahları və dini mərkəzlərinin vandalizmi bu ölkədə İslamın tarixini və varlığını silmək üçün məqsədyönlü cəhddir.
Hesabatda müsəlmanların və digər azlıqların təcrid olunduğu, ikinci dərəcəli statusa gətirildiyi və öz dini etiqadlarını sərbəst şəkildə yerinə yetirmək üçün qanuni hüquqlarından məhrum edildiyi bildirilib və ifrat hindu ideologiyasını rəhbər tutan Bharatiya Janata Partiyasının hinduların üstünlüyünü hədəflədiyi bəyan edilib.
Eyni şəkildə hesabatda Modinin 2014-cü ildə hakimiyyətə gəlişindən sonra müsəlmanlara qarşı zorakılıqların kəskin artdığı da qeyd olunub.
Həmçinin bildirilir ki, bu hərəkətlər ideoloji müharibədə dini saytlardan döyüş meydanı kimi istifadə edərək müsəlmanları marjinallaşdırmaq və onların kimliklərini aradan qaldırmaq üçün daha geniş strategiyanın tərkib hissəsidir.
Hesabat Hindistan hökumət sisteminin dünyəvi demokratiya olması iddiasını rədd edir. Çünki BJP-nin rəhbərlik etdiyi hökumətin hərəkətlərinin bu iddia ilə tamamilə zidd olduğu bildirilir.
Bu partiya şüurlu və sistemli şəkildə müsəlmanların yaşayış və dini sahələrini daha da məhdudlaşdırmağa çalışır.
4243445

captcha