IQNA

Amerikalı qaradərili müsəlmanlar Kamala Harrisə səs vermək istəmirlər

10:49 - October 25, 2024
Xəbər sayı: 3496929
İQNA - Amerikalı qaradərili müsəlman liderlər qaradərili müsəlman seçiciləri qarşıdan gələn seçkilərdə Demokratların namizədi Kamala Harrisə səs verməməyə çağırıb.

"Asimətul-Ərəb" internet saytının verdiyi məlumata görə, ABŞ-da 50 qaradərili müsəlman liderdən ibarət bir qrup bəyanat imzalayaraq, ölkədəki müsəlman amerikalı seçiciləri prezident seçkilərində Kəmalə Harisin əvəzinə Qəzzada atəşkəs və İsrailə silah embarqosunu dəstəkləyən namizədlərə səs verməyə çağırıb.
Müsəlman icmasının bu bəyanatı Bayden-Harris administrasiyasının davam edən müharibəyə reaksiyası ilə bağlı gərginliyin artdığı bir vaxta təsadüf edir.
Bəyanatda “Müsəlmanlar olaraq ədalətin ardınca getməyə borcluyuq” ifadəsi ilə, qaradərili müsəlman amerikalılar olaraq, soyqırımın qırmızı xətləri olduğu və soyqırımda iştirak etmiş namizədi dəstəkləyə bilməyəcəkləri və indi bu soyqırımı bitirmək üçün hər hansı bir planı irəli sürməkdən imtina etdikləri ifadə edildi.
ABŞ-ın aparıcı müsəlman təşkilatlarının koalisiyası ötən ilin 20 sentyabrında bəyanatlar yayaraq seçiciləri Qəzzada atəşkəs və İsrailə silah embarqosunu dəstəkləyən namizədlərə səs verməyə çağırıb.
4243844

captcha