IQNA

Beynəlxalq ictimaiyyət Qüds qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir

10:28 - October 30, 2024
Xəbər sayı: 3496960
İQNA - Qüdsün baş müftisi sionist mühacirlərin Məscidül-Əqsaya hücumunu və İbrahim məscidinin bağlanmasını pisləyib.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, Qüdsün baş müftisi və Məscidül-Əqsanın xətibi Şeyx Məhəmməd Hüseyn işğalçı qüvvələrin dəstəyi ilə Məscidül-Əqsanı işğal edən və həyətində zurna çalaraq Telmudi ayinlərini yerinə yetirən sionist mühacirləri pisləyib.
O, Qüdsün, xüsusilə də Məscidül-Əqsanın işğalçıların hücumlarına məruz qaldığını bildirib.
Şeyx Məhəmməd Hüseyn həmçinin bəyan edib ki, işğalçı rejim Fələstindəki ərəb və islam təzahürlərini silmək üçün sistematik planla davam edir.
O, bildirib ki, beynəlxalq ictimaiyyət Qüdslə bağlı mənəvi və hüquqi öhdəliklərini yerinə yetirməli, müqəddəs şəhərin dağıdılmasının qarşısını almaq üçün əlində olan bütün vasitələrdən istifadə etməli, Qüdsü yəhudiləşdirmək və onun kimliyini təhrif etmək cəhdlərini dayandırmalıdır.
Qüds müftisi işğalçı rejimin Məscidül-Əqsaya qarşı aqressiv hərəkətlərini bütün dünya müsəlmanlarının hisslərini incitmək kimi qiymətləndirib və onun Məscidül-Əqsanın dini və tarixi statusunu məhv etməyə yönəlmiş hərəkətlərinə nümunə kimi qiymətləndirib.
Müfti, həmçinin Əl-Xəlildəki İbrahim məscidinin müsəlmanlar üçün iki gün müddətinə bağlanmasını, mühacirlərə isə heç bir məhdudiyyət qoyulmamasını və ibadət etmək istəyən fələstinlilərin saxta bəhanələrlə ora daxil olmasına mane olmasını pisləyib.
Şeyx Məhəmməd Hüseyn bütün dünyanın gözü qarşısında işğalçı İsrail rejiminin Qəzza zolağında Fələstin xalqına qarşı həyata keçirdiyi qanlı hücumlar qarşısında beynəlxalq sükutu tənqid edib və əlavə edib ki, bu, sionistləri cinayət törətməyə daha da həvəsləndirir.
4243894

captcha