IQNA

Türk Quran yarışlarının xüsusiyyətləri və iranlı qari və hafizlərin üstünlüyü

16:56 - November 02, 2024
Xəbər sayı: 3496978
İQNA – Türkiyənin 9-cu Beynəlxalq Quran Yarışmasında İranın təmsilçiləri Türkiyədə Quran hifzi sahəsində misilsiz şəkildə yarşdıqlarını vurğulayaraq, bu beynəlxalq tədbirin ictimai ab-havasını izah ediblər.

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Quran Yarışmasında İranın iki təmsilçisi Seyid Parsa Ənquştan və Milad Aşiqi həm Quranın təhqiq qiraəti, həm də hifzi üzrə ikinci yeri qazanaraq Oktyabrın 31-i cümə axşamı ölkəyə qayıdıblar. Onları İranda Quran işlərinin bir qrup müdirləri qarşıladılar.
Bu iki Qurani-Kərim qari və hafizi beynəlxalq tədbirdə ikinci yeri tutmaqla son illərdə İran İslam Respublikasının beynəlxalq Qurani-Kərim yarışlarında ən uğurlu nümayəndə heyətlərindən birinə çevrilə bildilər.
Seyid Parsa Ənquştan "İQNA"-nın müxbiri ilə müsahibədə Türkiyədə keçirilən 9-cu Beynəlxalq Quran Yarışmasının ab-havası ilə bağlı deyib: "Oktyabrın 24-də Quranı bütünlüklə əzbərləmək sahəsində iştirakçı Milad Aşiqi ilə birlikdə İstanbula, oradan da peyğəmbərlər şəhəri kimi tanınan yarışmanın keçirildiyi yer olan Şanlıurfaya getdik.
O əlavə etdi: "Bu yarışlar iki ilkin və yekun mərhələdə keçirilib, ilkin mərhələ virtual olaraq 93 ölkənin iştirakı ilə keçirilib və nəhayət, 47 ölkə final mərhələsinə keçib. Yarışlar təhqiq qiraəti və Qurani-Kərimi bütövlükdə əzbərləmək kimi iki fənn üzrə olub və Allahın lütfü ilə İran təmsilçiləri ölkənin bayrağını uca tutaraq uğurlar qazanıblar.
Yarışların bu turunda 10 ölkədən hakimlərin iştirak etdiyinə diqqət çəkən Anqan dedi: "Türkiyə yarışlarında dərəcə qazanmaq asan deyil, amma bizim performansımız o qədər yaxşı idi ki, hüç bir sözə yer qoymadı və münsifləri razı saldı ki, İran nümayəndələrinə ikinci dərəcə verilsin. Bağlanış mərasimindən bir gün əvvəl İran təmsilçisinin birinci rütbəni almalı olması ilə bağlı müzakirələr gedirdi.
4245511

captcha