İsveçdə Qurani-Kərimi yandıran ifrat sağçı ekstremist Rasmus Paludan, Danimarkanın ifrat sağçı fəal Rasmus Paludan İsveç məhkəmələri tərəfindən nifrət cinayəti törətdiyinə hökm həbs edilib.
Paludan 2022-ci ildə İsveçin Malmö şəhərində Quranı yandırarkən müsəlmanları təhqir etdiyinə və nifrət cinayətinə görə Malmö Rayon Məhkəməsində mühakimə olunurdu.
İfadə verməyə getməyən Paludan üçün Malmö Prokurorluğu tərəfindən həbs qərarı verilib. Malmö Rayon Məhkəməsi bu gün keçirilən iclasda iştirak etməyən Paludan haqqında 4 ay həbs cəzası verildiyini açıqlayıb.
İsveç dövlət televiziyası SVT-yə danışan Paludan qərara etiraz edəcəyini və işi daha yüksək məhkəməyə aparacağını açıqlayıb. Paludanın bir daha İsveçə getməyəcəyi ilə bağlı açıqlaması da diqqətçəkən hadisə olub.
Rasmus Paludan 2022-ci ildə Pasxa bayramı zamanı İsveçin Malmö, Norköpin, Yönköpinq və Stokholm şəhərlərində Qurani-Kərimi yandırmaq üçün təxribatlar edib.
Paludanın təxribatları nəticəsində baş verən hadisələrdə 104 polis əməkdaşı və 14 nümayişçi yaralanıb, 20 polis maşını yandırılıb.
Mənbə: AA