IQNA

Hollandiya və İspaniyadakı hadisələrlə bağlı HƏMAS-dan açıqlama

10:13 - November 09, 2024
Xəbər sayı: 3497021
İQNA - HƏMAS Hollandiyada keçirilən oyunda sionistlərin Fələstin bayrağına hörmətsizliyi və İspaniyanın İsrailə silah və hərbi təchizat daşıdığı düşünülən iki gəminin İspaniya limanlarında lövbər salmasına icazə verməməsi ilə bağlı açıqlama verib.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri Amsterdamda keçirilən Ajax-Maccabi Təl-Əviv matçından əvvəl sionistlərin Fələstin bayrağına hörmətsizliyi nəticəsində baş verən hadisələrlə bağlı deyib: "Sionist rejimin beynəlxalq müdaxilə olmadan Qəzzada fələstinlilərə qarşı soyqırımını davam etdirməsi belə hadisələrin baş verməsinə səbəb olur".
HƏMAS-ın yaydığı ayrı bir bəyanatda İspaniya hökumətinin İsrailə silah və hərbi ləvazimat daşıdığı düşünülən iki gəminin İspaniya limanlarında lövbər salmasına icazə verməməsi təqdir edilib.
Həmas həmçinin BMT-dən işğal qüvvələrinə silah ixracını qadağan edən qətnamənin təsdiq edilməsini tələb edib.

captcha