IQNA

Dünyanın 50-dən çox ölkəsi sionist rejimə silah embarqosunun qoyulmasını tələb edir

11:02 - November 10, 2024
Xəbər sayı: 3497027
İQNA – Dünyanın 50-dən çox ölkəsi Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sionist rejimə silah embarqosu tətbiq etməyi tələb edib.

Dünyanın 50-dən çox ölkəsi sionist rejimə silah satışı və ya təhvil verilməsinin qarşısını almaq üçün Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasından təcili tədbirlər görülməsini tələb edib.
 "Mehr" Xəbər Agentliyinin (Pars Today) verdiyi xəbərə görə, bu tələbi imzalayan ölkələr bu barədə elan ediblər: "Sionist rejimə təhvil verilmiş silahların beynəlxalq hüququn açıq şəkildə pozulması ilə Fələstin mülki əhalisinə qarşı davam edən zorakılıq aktlarında istifadə edildiyinə dair güclü sübutlar var".
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və bu təşkilatdakı müvafiq qurumlara ünvanlanan bu mesajda, başda uşaq və qadınlar olmaqla çoxlu sayda fələstinli şəhid və yaralıdan bəhs edilir. Sionist rejimin işğalçı qüvvə kimi davam edən təcavüzü və bir ildən artıqdır ki, beynəlxalq qanunları pozması qəbuledilməzdir. Həmçinin humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq və genişmiqyaslı regional müharibə təhlükəsinin artmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsini tələb edir.
Bu ölkələr Təhlükəsizlik Şurasından təcili atəşkəs və mülki əhalinin müdafiəsi və (sionist) cinayətkarların təqib edilməsi üçün əvvəlki qətnamələrin icrası da daxil olmaqla təcili tədbirlər görülməsini tələb edir. Həmçinin silah təhvilinin dayandırılmasını tələb edən aydın bəyanatın dərc olunmasını istənilib. Bu rejimə qarşı ittihamlar Fələstin xalqına qarşı soyqırım səviyyəsinə çatıb.

captcha