IQNA

Sankt-Peterburq Milli Kitabxanasında rusiyalı Quran tərcüməçisinin xatirəsinə bölmə açılıb

10:20 - November 21, 2024
Xəbər sayı: 3497096
İQNA - Sankt-Peterburq Milli Kitabxanasında rus şərqşünası və Quran tərcüməçisi İqnatius Kraçkovskinin xatirəsinə bölmə açılıb.

Cəmiyyətin və xalqların mədəniyyətinə dair məlumat bazasına əsasən, Milli Kitabxananın rəhbəri Denis Tsipkin hesab edir ki, Kraçkovskinin xatirələr toplusunun kitabxana ilə Rusiya Federasiyasının və xaricdəki şərqşünaslıq institutları arasında əməkdaşlığın inkişafına kömək edəcək.
Rusiya Dini İşlər İdarəsinin və Müftilər Şurasının sədri Şeyx Ravil Eynəddin bildirib ki, Qurani-Kərimi rus dilinə ilk tərcümə edən Kraçkovskinin tərcüməsi sovet dövrünün dövlət ateizmi və dini irsdən uzaq olduğu şəraitdə bütün dünyada milyonlarla rusdilli ailənin sevimli kitabına çevrilib.
İqnatius Yulianoviç Kraçkovski Rusiyada ərəb dili və ədəbiyyatşünaslığı məktəbinin rəhbəri və yaradıcısıdır. Onun araşdırmaları, tərcümələri və təhsili iki rus və ərəb mədəniyyəti arasında körpüdür. Onun qoyub getdiyi ədəbi irs ərəb dili və ədəbiyyatı tədqiqatının bütün sahələrini əhatə edir.
O, 20-ci əsrdə rus şərqşünaslığının inkişafında mühüm rol oynamışdır. Ərəb yazıları üzrə mütəxəssis olan həyat yoldaşı Kraçkovskinin vəsiyyətinə əsasən, 1972-ci ildə 20 mindən çox kitabdan ibarət ən qiymətli kitabxanasını Rusiya Milli Kitabxanasına hədiyyə edir.
Kraçkovski Quranı rus dilinə tərcümə etməklə məşhurdur. Onun ərəb əlyazmalarında yazdığı xatirələri Stalin mükafatına layiq görülüb (1951-ci ildə).
4248773

captcha