Kubanın xarici işlər naziri Bruno Rodriges X sosial media hesabında sionist rejimin İranın nüvə obyektlərinə hücumla hədələməsi ilə bağlı paylaşım edib.
Yazıda aşağıdakı ifadələr yer alıb:
“Biz İsrailin İranın nüvə obyektlərinə hücumu təhlükəsinə qarşı xəbərdarlıq edirik.
Bu cür hərəkətlər Yaxın Şərqdə münaqişələri qızışdıracaq, region və dünya üçün ciddi nəticələrə səbəb olacaq.
Bu təxribatlar ona görə mümkündür ki, İsrail tərəfdarları bu rejimin cəzasız qalmasına şərait yaradır”.