IQNA

Əl-Əzhərin Şeyxi: "Sionistlər dini mətnlər adı altında Qəzzada soyqırım törədirlər"

10:07 - November 28, 2024
Xəbər sayı: 3497143
İQNA – Əl-Əzhərin şeyxi bildirib ki, İslam dini müxtəlif inanc, irq və rəngdə olan insanlar arasında insani münasibətlərin əsası olaraq yaxınlaşma, birgəyaşayış və mərhəməti qoyur.

"Əl-Səma" saytının verdiyi xəbərə görə, Əl-Əzhərin şeyxi Kolumbiya prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin baş naziri və müharibə nazirinin barəsində həbs qərarı çıxarmaq qərarının təsdiqi və Qəzzada qətliam və vəhşiliklərə son qoyulmasının vacibliyini daim vurğulamaqla bağlı mövqeyini yüksək qiymətləndirib.

Əl-Əzhərin Şeyxi Əhməd Tayyib Kolumbiya prezidentinin həyat yoldaşı Veronika Alkoser Qarsiya ilə görüşündə silah sənayesinin məhdudlaşdırılmasını istəyib.

O, həmçinin İslamda müharibənin hücumu dəf etməkdən başqa əmr olunmadığını və tarixdə dini müharibələr olaraq bildiyimiz müharibələrin dini motivlərdən çox dini istismar etməyə çalışan siyasi ideologiyalardan qaynaqlandığını bildirdi.

Əhməd Tayyib deyib: "İndi sionist rejim Qəzzə hadisələrində olduğu kimi, Tövrat kimi tanınan dini mətnlər adı altında insanları qətlə yetirməklə, torpaqları ələ keçirməklə fələstinlilərin hüquqlarını məhv etmək kimi siyasi məqsədlərini qanuniləşdirməyə çalışır.

Sonda, Əl-Əzhərin Şeyxi bugünkü insanların əziyyət çəkməsinin əsas səbəbini dini bir kənara qoyaraq silah və partlayıcı maddələrin istehsalını qanuniləşdirmək kimi qiymətləndirdi.

4250469

Teqlər: ələzhər ، şeyx ، israil ، qətliam
captcha