IQNA

Sionist İsrailin Suriyanı işğal etməsinə İranın reaksiyası

10:49 - December 10, 2024
Xəbər sayı: 3497220
İQNA - İranın Beyrutdakı səfirliyi, Netanyahu tərəfindən 1974-cü ildə imzalanmış ayrılma anlaşmasının “çökdüyü” iddiası ilə Suriya torpaqlarının işğal edilməsinə göstəriş verilməsinə reaksiya bildirib.

İranın Livandakı səfirliyi, Sionist İsrailin Suriyaya qarşı təcavüzkar addımlarına cavab olaraq bir açıqlama yayımlayıb.

Açıqlamada belə deyilir: “Sionist rejimin baş naziri Binyamin Netanyahunun 1974-cü ildə imzalanmış Qüvvələrin Çəkilməsi Anlaşmasının çökməsi ilə bağlı iddiası və rejimin Suriya Qolanında əlavə torpaqları işğal etmək cəhdi bu rejimin ekspansionist (genişlənmə) arzularının açıq bir sübutudur.

Həddindən artıq ambisiyalara sahib olan sionist rejim heç bir atəşkəs anlaşmasına, beynəlxalq hüquq və müqavilələrə əməl etmir. Buna görə də sionist rejimi yalnız güc dili ilə dayandırmaq mümkündür.”

Dünən sionist qüvvələr Hermon dağı ilə Suriya arasında yerləşən BMT nəzarətindəki buffer zonanı işğal edib.

captcha