IQNA

Dünyasını dəyişmiş hafiz, Misir Quran yarışmasında birinci yerə layiq görülüb

2:56 - December 18, 2024
Xəbər sayı: 3497271
İQNA - Misirin Port-Səid şəhərinin Beynəlxalq Quran Hifzi Müsabiqəsinin Ali Komitəsi mərhum misirli Hafiz Səd Rəcəb Əl-Məzini bu müsabiqənin Quranın bütün hifzi kateqoriyasının ilk qalibi elan edib.

"İQNA"-nın verdiyi məlumata görə, bu misirli tələbə qız ötən həftə Misirin Port-Səid şəhərində keçirilən beynəlxalq Quran hifzi və dini yarışından qayıdarkən avtomobil qəzası keçirib və anası ilə birlikdə dünyasını dəyişib.

Ali müsabiqə komitəsi bu misirli tələbəyə şəhid adını verərkən ilkin mərhələnin ən yaxşıları siyahısında onun adının yanına “Qüdrətli Allahın yanında” adı ilə birlikdə şəhid adını da yazdırıb.

Bu siyahıya həmçinin qızlar və oğlanlar arasında bu yarışın ilkin mərhələsinin müxtəlif sahələri üzrə ən yaxşı 22 iştirakçının adı daxil edilib.

Çərşənbə günü (dekabrın 11-də) Səd Rəcəb Əl-Mezin və anası Misirin Port-Səid şəhərində keçirilən 8-ci Beynəlxalq Quran Hifzi və Dini Təsirlər Müsabiqəsinin ilkin mərhələsindən məmləkəti Əl-Bəhirə şəhərinə qayıdarkən qəza nəticəsində həlak olublar.

Port Səid Beynəlxalq Quran Müsabiqəsinin icraçı direktoru və baş nəzarətçisi Adil Musilhi deyib: "Bu ürəkağrıdan və təsirli hadisə nəticəsində Səd Rəcəb Əl-Mezin və anası həlak olub, bir sıra digər yarışma iştirakçıları və onların valideynləri isə yaralanıb.

Səd Rəcəb Əl-Mezin Əl-Əzhər əyalətindəki Ədfina qızlar mərkəzinin tələbələrindən biri olub, hakimlər komitəsinin qarşısına çıxıb, Qurani-Kərimdən ayələri oxuyub və Qurandan əzbərlədiklərini təqdim edib.

Bu Quran hafizi məlahətli səsi ilə münsiflər heyəti üzvlərini heyran etdi və müsabiqənin final mərhələsinə yüksəlmək ehtimalı çox olan iştirakçılardan oldu.

Əl-Əzhər, Misirin vəqflər naziri Üsamə Əl-Əzhəri və bu nazirliyin müxtəlif idarələrinin rəhbərləri də Quran əzbəri olan bu qızın və anasının vəfatı ilə bağlı başsağlığı veriblər və Misirin vəqflər naziri mərhumun ailəsinə 25 min Misir lirəsi təzminat ödənilməsinə əmr verib.

4254752

captcha