IQNA

Hindistanın ali təhsilində müsəlmanların sayında azalma baş verir

3:09 - December 24, 2024
Xəbər sayı: 3497302
İQNA – Hindistanda ali təhsil alan müsəlmanların sayı 4,87%-ə düşüb.

Pakistanın Səsi internet saytının verdiyi məlumata görə, 2021-2022 tədris ilində ümumilikdə 43 milyon 268 min 181 hindistanlı tələbə qeydiyyatdan keçib, bunlardan 2 milyon 108 min 33-ü müsəlmandır. Bu, ümumi qeydiyyat sayının yalnız 4,87%-ni təşkil edir.

Keşmir Media Agentliyinin verdiyi məlumata görə, müsəlmanların qeydiyyat nisbəti 2019-cu ildə 5,24%, 2020-ci ildə 5,5%, 2021-ci ildə isə 4,6%-ə düşüb. Bu da əvvəlki illərlə müqayisədə müsəlman tələbə sayının azalmasını göstərir.

Hindistanın işğal etdiyi Cammu və Keşmir bölgəsində, ehtimalı var ki, əhalisinin çoxunun müsəlman olması səbəbilə, ali təhsilə qatılma nisbəti daha yüksəkdir.

Hindistanın digər bölgə və əyalətlərində isə müsəlman tələbələr ümumi tələbələrin kiçik bir faizini təşkil edir.

4255376

captcha