"İQNA"-nın İraqdan verdiyi məlumata görə, bu mərasim 25 dekabr, bazar ertəsi günü Həzrət Fatimənin (s.ə) doğum ildönümü münasibətilə İraq Şiə Vəqflər Təşkilatına bağlı Milli Quran Elmləri Mərkəzi tərəfindən Bağdaddakı Səqəleyn Salonunda keçirilib. Mərasimdə Küveytdəki Şəhid Həbib ibn Məzahhər Əsədi Quran Mərkəzinin müdiri Həsən Qənbər, bəzi müəllimlər, hafizlər və İraq Şiə Vəqflər Təşkilatına bağlı Qadınlar Quran Məktəbinin tələbələri iştirak edib.
İraq Milli Quran Elmləri Mərkəzinin müdiri Rafi əl-Əmiri mərasimdə İslamda Həzrət Fatimənin (s.ə) mövqeyi və mərkəzin Quran üzərindəki fəaliyyəti haqqında çıxış edib. Bundan əlavə, Əhli-Beyt (ə.s) xidmətçisi və Quran oxucusu Hacı Əli Əbdüssəttar əl-Hafaci tərəfindən Həzrət Fatimənin (s.ə) doğumu münasibətilə qəsidələr səsləndirilib.
Mərasimin davamında Rafi əl-Əmiri, Küveytdəki Şəhid Həbib ibn Məzahhər Əsədi Quran Mərkəzində çalışan görmə məhdudiyyətli müəllimlərə və hafizlərə Braille Quran nüsxələri hədiyyə edib. Əl-Əmiri bu hədiyyəni İraq Milli Quran Elmləri Mərkəzinin bütün Quran oxucuları və hafizlərini dəstəkləmə səylərinin bir göstəricisi olduğunu vurğulayıb.