"Əl-Cəzirə" internet saytının verdiyi məlumata görə, İsrail əleyhinə şüarlar səsləndirən fəallar İngiltərə hökumətindən İsrailə dəstəyini geri çəkməyi, silah satışını dayandırmağı və Qəzza xalqına lazımi dəstəyi verməsini istəyiblər.
Nümayiş iştirakçıları Yeni il şənliklərinin Qəzzada baş verən faciənin qarşısını ala bilməyəcəyini və bu aksiyanın məqsədinin Fələstin xalqına dəstək olmaq və eyni zamanda Qəzzada qırğına son qoyulmasının vacibliyini vurğulamaq olduğunu izah ediblər.
Qəzza zolağındakı hökumət dekabrın 27-də İsrail ordusunun Qəzza zolağının şimalındakı Kamal Ədvan xəstəxanasını yandırdığını, xəstəxananın istismardan çıxarıldığını, tibb qrupları və yaralıların naməlum bir yerə aparıldığını açıqlayıb.
4256759