IQNA

UNRWA-nın komissarı General Lazzarini: "Qəzzada körpələr soyuqqdan donaraq ölür"

3:12 - December 30, 2024
Xəbər sayı: 3497339
İQNA – BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Filip Lazzarini, "Soyuq hava və sığınacaq çatışmazlığı səbəbindən Qəzzada körpələr donaraq ölür" dedi.

"AA"-nın verdiyi xəbərə görə, Lazzarini, İsrail ordusunun 14 aydır hücumlarını davam etdirdiyi Qəzza zolağında yaşanan humanitar böhranla bağlı sosial media hesabından açıqlama verib.

Qəzzaya fələstinlilərin qış aylarında ehtiyac duyduğu ədyal, döşək və qış materiallarının aylardır girişinə icazə verilmədiyini vurğulayan Lazzarini, "Soyuq hava və sığınacaq olmaması səbəbindən Qəzzada körpələr donaraq ölür" dedi.

Lazzarini Qəzzada dərhal atəşkəs və qış üçün lazım olan əsas ləvazimatların bölgəyə təcili çatdırılmasını istəyib.

Parça və neylondan hazırlanmış müvəqqəti çadırlarda yaşayan fələstinlilər qışın gəlişi ilə paltar, çarpayı, yorğan kimi əsas yaşayış ehtiyaclarının olmaması səbəbindən çətin həyat şərtlərində sağ qalmağa çalışırlar.

İsrailin 14 aydır sərt blokada altında bombardman etdiyi Qəzza zolağında son 5 gündə 1 böyük və 4 körpə olmaqla 5 fələstinli soyuqdan həyatını itirib.

captcha