Camaati İslami Hind məlumat mərkəzinin verdiyi xəbərə görə, "Təfhimul-Quran" adlanan bu yeni mobil tətbiq Hindistanın Camaati İslami (JIH) tərəfindən təşkil olunan mərasimdə təqdim edilib.
Bu Quran tətbiqi Camaati İslaminin bir qolu olan "İslami Sahitya Trust" tərəfindən hazırlanmışdır və hindistanlı istifadəçilərə Qurani-Kərimin sadə və asan anlaşılan təfsirini təqdim etməyi hədəfləyir.
Camaati İslami başçısı bu proqramın geniş yayılmasının yalnız müsəlmanlar üçün deyil, həm də Qurani-Kərimi hind dilində başa düşmək istəyənlər üçün əhəmiyyətli olduğunu vurğulayıb.
İstifadəçilər tətbiqdə tərcümə mətnlərini və təfsirləri oxuya, həmçinin Qurani-Kərimin səsli tərcüməsini dinləyə bilərlər.
Tətbiqdə Qurani-Kərimin tam mətni, Mövlana Əbul Əla Məvdudi tərəfindən yazılmış hind dilində tərcümə və təfsiri ilə birlikdə təqdim edilir.
Təqdimat mərasimində "İslami Sahitya Trust"-ın katibi və digər məsul şəxslər iştirak edib. Tətbiqin dizayneri Yusif Əmin bu tətbiqin əsas xüsusiyyətləri haqqında ümumi məlumat verib.
Bundan əlavə, "İslami Sahitya Trust"-ın rəhbəri Fərhat Hüseyn bu qurumun gələcəkdə digər İslami mətnləri rəqəmsallaşdırmaq planlarının olduğunu açıqlayıb.
4256877